Dünya

Kreml Putinlə Ərdoğanın gözlənilən görüşünü təsdiqləyib

Sharing is caring!


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş yaxın vaxtlarda baş tutacaq.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, bunun dəqiq harada və nə vaxt keçiriləcəyi daha sonra açıqlanacaq.

“Görüş tezliklə baş tutacaq. Biz bu barədə məlumat verəcəyik”, – deyə o, brifinqdə danışıqların Rusiya ərazisində baş tuta biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Peskov hələlik əlavə təfərrüat verə bilməyəcəyini deyib.

“Elanın verilmə tarixi ilə bağlı müəyyən razılaşmalar var və biz bu razılaşmalara əməl etmək niyyətindəyik”, – deyə Kremlin sözçüsü qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir