Siyasət

Səudiyyə Ərəbistanının investisiya naziri Zəngilana gəlir

Sharing is caring!

Bu gün Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan və Səudiyyə Ərəbistanın arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyəti Zəngilana səfər edəcək.

“Report” xəbər verir ki, Ər-Riyaddan qonaqları gətirən təyyarə Zəngilan Beynəlxalq Hava Limanına enəcək.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı rəsmiləri Zəngilan rayonunun Ağalı kəndinə yaradılmış “Ağıllı kənd”ə baş çəkəcəklər.

İşğaldan azad edilmiş ərazilərdə görülən işlər ərəb nazirə təqdim ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir