Dünya

Almaniyada təbii fəlakət: Yüzlərlə insan təxliyə olundu, yaralananlar var – VİDEO

Sharing is caring!


Almaniyada hökm sürən əlverişsiz hava şəraiti 20-yə yaxın insanın yaralanmasına, 1 000-ə yaxın şəxsin təxliyəsinə səbəb olub.

Belə ki, Bavariya və Baden-Vürtemberq federal əyalətlərində yağan güclü yağışlar nəticəsində ən azı 18 nəfər xəsarət alıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib.

Lindau şəhərində ağaclar qırılaraq kemping düşərgəsinin üzərinə düşüb. Nəticədə biri ağır olmaqla altı nəfər xəsarət alıb. Vəziyyətin təhlükəsi ilə əlaqədar bölgədən 900 nəfər təxliyə edilib.

Nördlingendə bayker festivalında daha 10 nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya çatdırılıb. Dahauda və Baden-Vürtemberq əyalətində iki nəfər ağır xəsarət alıb.

Əlverişsiz hava şəraiti qatarların hərəkətində ciddi pozuntulara səbəb olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir