Dünya

Vladivostok su altında qaldı: Yollar bağlandı – VİDEO

Sharing is caring!


Rusiyanın Vladivostok şəhəri su altında qalıb.

Bir neçə saat ərzində davam edən siklon yağışlar şəhərə aylıq yağıntının demək olar ki, yarısını gətirib.

Nəticədə Ussuri federal yolu bağlanıb, 16 küçədə elektrik enerjisi kəsilib, iki su anbarında daşqının qarşısını almaq üçün suyun sistemli şəkildə boşalmasına başlanılıb.

İnsanlar su basmış küçələrdə çarəsiz vəziyyətdə qalıblar. Yollarda avtomobillərin hərəkətində də problemlər yaranıb.

Proqnozlara görə, güclü yağış gün ərzində davam edəcək.  

Mənbə: “SHOT” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir