Cəmiyyət

İmişlidə qəza: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


İmişlidə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə saat 18 radələrində İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Niva” və “Mercedes-Benz” markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan İmişli sakinləri – Rəhman Hüseynov, Sərvan Gülməmmədov və Maşallah Əmirov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir