Dünya

Niderland sakini Tehranda həbs edildi – FOTO

Sharing is caring!


İranəsilli Niderland sakini Tehranda həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, Niderlandda yaşayan 42 yaşlı Səid Fərahani bir müddət öncə İrana səfər etdikdən sonra həbs olunub.

O, iki ay öncə İrana daxil olarkən pasportu əlindən alınıb.

İran məhkəməsi tərəfindən çağırılan Fərahani Tehrandakı “Evin” prokurorluğuna gedib, orada isə həbs edilib.

Qeyd edək ki, o, indiyədək ailəsi ilə əlaqə saxlamayıb və vəziyyəti barədə dəqiq məlumat yoxdur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir