İdman

“Fənərbağça” “Qalatasaray”a söz atdı – FOTO

Sharing is caring!


“Fənərbağça” “Mançester Yunayted”dən transfer etdiyi braziliyalı Fredin təqdimat mərasimini keçirib.

Bununla bağlı klubun sosial şəbəkə səhifəsində əzəli rəqibi “Qalatasaray”ı hədəf alan paylaşım edilib.

İstanbul klubu “İstəyənlər üçün daha bir Fred var”, – yazaraq eyniadlı məşhur cizgi filmi qəhrəmanının fotosunu dərc edib.

Xatırladaq ki, braziliyalı yarımmüdafiəçiyə “Aslanlar” da iddia edirdi. Lakin İngiltərə komandası “Qalatasaray”ın təklifini məbləğin azlığı səbəbindən qəbul etməyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir