Dünya

Qadın futbolçunu öpən federasiya prezidenti: “Saxta feminizm həqiqəti axtarmır, bu, sosial cinayətdir”

Sharing is caring!


İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri Luis Rubiales dünya çempionatının finalında İngiltərə üzərində qələbədən (1:0) sonra ispaniyalı qadın futbolçu Cennifer Ermosonu dodaqlarından öpməsi ilə bağlı qalmaqaldan danışıb.

Funksioner ona yönələn ittihamları rədd edib.

“Mən emosional partlayışla bağlı izahat vermək istəyirəm. Bu, öpüşdən çox, hisslərin partlayışı idi. Futbolçunu öpmək istəmək qızımı öpmək istəməklə eyni idi. Bu, səlahiyyətdən sui-istifadə deyil.

Hər şey kortəbii şəkildə, qarşılıqlı razılıq əsasında baş verdi. Cenni qarşımdan keçəndə qucaqlaşdıq. Mən ona vura bilmədiyi penaltini unutmağı söylədim və qeyd etdim ki, o, bu dünya çempionatında fantastik idi. Soyuqqanlı olduğunu dedi. Mən ondan soruşdum: “Öpüm?” Sonra hər şey oldu.

Mənə ünvanlanan ittihamları tam başa düşə bilmirəm. Onlar ədaləti bərpa etməyə çalışmırlar, sosial cinayət törədirlər. Beş il ərzində həmişə şikayətlər, iddialar və diskvalifikasiya tələbləri məni təqib edib.

Saxta feminizm həqiqəti axtarmır. İnsanlara əhəmiyyət vermirlər. Mətbuat məni edam etməyə davam edəcək. Həqiqət məlumdur. Onlar bu kampaniyanı davam etdirə bilərlər, bu məni maraqlandırmır”, – Rubiales deyib.

Qeyd edək ki, FIFA Rubialesə qarşı “Kobud davranış və ədalətli oyun prinsiplərinin pozulması” maddəsi ilə intizam işi açıb. Onun federasiya prezidenti postundan istefa verməsi tələb olunur. Funksioner istefa verməkdən imtina edib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir