Siyasət

Zaxarova: “Ermənistan Aİİ-də iştirakdan əhəmiyyətli dividendlər alır” – VİDEO

Sharing is caring!


“İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakdan əhəmiyyətli dividendlər alır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru saytının müxbirinin verdiyi sualı cavablandırarkən bildirib.

Rusiya XİN sözcüsü Moskvanın İrəvanla bundan sonrakı münasibətlərinin xüsusiyyətlərini açıqlayıb.

“Biz görürük ki, respublika nümayəndələrinin bəzi mübahisəli bəyanatlarına baxmayaraq, İrəvan ittifaqda iştirakından xeyli dividendlər alır. Biz erməni tərəfdaşlarımızla, eləcə də Aİİ-nin digər üzv dövlətləri ilə konstruktiv siyasətsizləşdirilmiş dialoq qururuq”, – deyə Zaxarova vurğulayıb.

Diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının iclasında İrəvanın orta və uzunmüddətli perspektivdə Aİİ çərçivəsində vəzifələrin yerinə yetirilməsinə diqqət yetirməsi barədə bəyanatını da qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfdaşlarının Avrasiya iqtisadi inteqrasiyasının gücləndirilməsi və inkişafına yönəlmiş gələcək səmərəli iş ruhunu dəstəkləyir.

 

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir