Dünya

Əfqanıstanla sərhəd ölkələrdə yaşayan Əfqanıstan vətəndaşlarının sayı açıqlanıb

Sharing is caring!


Əfqanıstanla həmsərhəd ölkələrdə bu ölkənin təqribən 8,2 milyona yaxın vətəndaşı məskunlaşıb.  

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) dərc etdiyi siyahıda qeyd olunub.

Belə ki, hazırda İranı 4,5 milyon, Pakistanı 3,7 milyon, Tacikistanı 9,5 min, Özbəkistanda 2 min Əfqanıstan vətəndaşı yaşayır.

Yalnız Türkmənistandakı əfqan qaçqınlarla bağlı rəsmi məlumat əldə etmək mümkün olmayıb.

2,1 milyon əfqan qaçqın statusuna malikdir, onlardan 1,6 milyonu “Taliban” hakimiyyətə gələndən sonra ölkəni tərk edərək qonşu ölkələrə pənah aparıblar.

Bildirilib ki, hazırda 6,8 milyon əfqan miqrantın humanitar yardıma ehtiyacı var.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir