Dünya

Səfir erməni qızın azərbaycanlı jurnalistə müsahibəsi barədə: “Reinteqrasiya şansı var” – FOTO

Sharing is caring!


“Qarabağda yaşayan etnik ermənilərin barışması və reinteqrasiyası şansları, həqiqətən, var”.

Bu sözləri Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Rəhman Mustafayev öz “X” hesabında etdiyi paylaşımda qeyd edib.

“Azərbaycan-Ermənistan münasibətlərinin bu gərgin anında “Laçın” sərhəd-buraxılış məntəqəsində azərbaycanlı jurnalistlərlə ünsiyyətdə olmaq gənc erməni qız üçün yəqin ki, ağır sınaq idi. Lakin onun bunu təbəssümlə etməsi faktı onu deməyə əsas verir ki, Qarabağda yaşayan etnik ermənilərin barışması və reinteqrasiyası şansları, həqiqətən, mövcuddur”, – səfir yazıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir