Dünya

“Mançester Yunayted” Qrinvudla yollarını ayırdı

Sharing is caring!


İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi klubdaxili araşdırmalardan sonra 21 yaşlı hücumçusu Meyson Qrinvudla əməkdaşlığa xitam verilməsinə qərar verib.

Bununla əlaqədar “Qırmızı şeytanlar”ın rəsmi internet saytında bəyanat dərc edilib.

Həmin açıqlamada qeyd olunur ki, Meyson Qrinvud səhvlərini etiraf edib və məsuliyyəti öz üzərinə götürüb.

“Meyson da daxil olmaqla, bu işə cəlb edilən hər kəs onun öz karyerasını “Mançester Yunayted”də bərpasının çətinliyini etiraf edir. Buna görə də qarşılıqlı razılığa gəlinib ki, o, bunu Old Trafforddan kənarda etsin”, – klubun bəyanatında qeyd olunur.

Xatırladaq ki, “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud zorlama və cinsi təcavüzdə ittiham edilirdi. O, 2022-ci ilin yanvarında sosial şəbəkələrdə keçmiş sevgilisi tərəfindən zorakılıq faktını əks etdirən bir sıra fotoların yayılmasından sonra saxlanılmışdı. 21 yaşlı futbolçu zorlama, təcavüz, və ölümlə hədələmədə şübhəli bilinirdi.

Mənbə: Manutd.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir