İdman

Bakıda çempion olan idmançı: “Bu, ilk qızıl medalımdır” – FOTO

Sharing is caring!


Bakıda atıcılıq üzrə dünya çempionatı bu gün olimpiya növü olan 50 metr məsafəyə üç mövqedən atəş üzrə qadınlar arasında final yarışı ilə davam edib. Yarışın ilk iki qalibi – Qiongyu Janq və Ciayu Han müvafiq olaraq qızıl və gümüş medala sahib olublar. Yarışın bürünc medalı isə ABŞ atleti Saden Madalenaya çatıb.

Qiongyu Janq öz ölkəsinə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Digər lisenziyaları Almaniya, Hindistan və Monqolustan atletləri əldə ediblər.

Çin təmsilçisi 19 yaşlı Qiongyu Janq paytaxtımızdakı qələbənin karyerasında bir ilk olduğunu deyib:

“Bu, mənim ilk qızıl medalımdır və ilk dəfə olimpiadada iştirak edəcəyəm. Bizim uğur qazanmağımızın sirri bundadır ki, komanda olaraq həmrəy oluruq. Hamımız birlikdə səylə çalışırıq və uğur qazanacağımıza inanırıq. Azərbaycana gəldiyimə görə şadam. Bu ölkəni çox sevdim. İnsanları mehriban və qonaqpərvərdirlər. Bunu mütləq qeyd etməliyəm. Atıcılıq Mərkəzi də möhtəşəmdir. Burada yaradılan şərait, xüsusilə də yaşıllıq zonalarının çox olması atletlərin əhvalına müsbət mənada təsir edir”.

Janq Bakıda qazandığı qızıl medalın bir ay sonra vətənində keçiriləcək Asiya Oyunlarındakı çıxışına təsir edəcəyini də xüsusi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir