Dünya

KİV: Peskov üç həftədir ki, ictimaiyyət arasında görünmür

Sharing is caring!


Rusiya prezidentinin sözçüsü Dmitri Peskov üç həftədir ki, brifinq vermir və ictimaiyyət arasında görünmür.

Buna Rusiyanın “Brief” nəşri diqqət yetirib.

Peskovun jurnalistlər üçün sonuncu brifinqi avqustun 4-də keçirdiyi vurğulanır.

“Rusiya prezidentinin mətbuat katibi “The New York Times” qəzetinə verdiyi müsahibəsində “Rusiyada prezident seçkisi əsl demokratiya deyil, bahalı bürokratiyadır” dedikdən sonra ictimai sahədən yoxa çıxıb”, – deyə nəşr “Telegram” kanalında iddia edir.

Qeyd edək ki, Peskov amerikalı jurnalistin onun sözlərini təhrif etdiyini bildirmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir