Cəmiyyət

Qobustanda növbəti dəfə zəlzələ olub

Sharing is caring!

Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb. Yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində daha bir zəlzələ qeydə alınmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir