Cəmiyyət

Masazırda restoran yanır

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada (üçüncü mərtəbəsi restoran kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir