Dünya

Rusiya Mariupol limanını hərbi bazaya çevirdi

Sharing is caring!


Ukraynanın müvəqqəti işğal altında olan Mariupol limanında Rusiya hərbi gəmisi lövbər salıb.

Həmçinin bundan əvvəl orada rusiyalıların dörd hücum helikopteri də müşahidə edilib.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko “Telegram” kanalında məlumat verib.

“Mariupol limanı hərbi bazaya çevrilib. Dünən Rusiya hərbi gəmisi işğaldan sonra ilk dəfə olaraq Mariupol dəniz limanının akvatoriyasına daxil olub və lövbər salıb”, – deyə Andryuşenko qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, gəminin yanalmasından bir saat əvvəl dörd müxtəlif döyüş helikopteri liman ərazisinə enib və axşama qədər orada qalıb.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir