Dünya

Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb

Sharing is caring!


Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Budapeştdə keçirilən danışıqların yekununda bildirib.

Onun sözlərinə görə, Budapeştdə Baş nazir Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra Macarıstan gələn il Türkiyədən 275 milyon kubmetr qaz alacaq.

“Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzərində işi başa çatdırmışıq. Bu müqaviləyə əsasən gələn ilin yaz-yay aylarında Türkiyədən 275 milyon kubmetr təbii qaz alacağıq”.

Nazir həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub.

O əlavə edib ki, Ərdoğan dekabrın 18-də yenidən Budapeştə səfər edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir