Dünya

İstanbul sakinlərinə çağırış: “Diqqətli olun!” – FOTO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərinin meri Əkrəm İmamoğlu 16 milyonluq şəhərin sakinlərini quraqlıq təhlükəsi ilə bağlı su ehtiyatlarına qənaət etməyə çağırıb.

“Proqnozlara görə, qarşıdakı həftə İstanbulda yağıntı gözlənilmir. Bütün vətəndaşlarımızı sudan istifadə edərkən daha diqqətli və qənaətli olmağa çağırıram. Şəhərimiz və ölkəmiz quraqlıq təhlükəsi ilə üz-üzədir”, – deyə İmamoğlu “X”də yazıb.

Yayın isti və quraq keçməsi ilə əlaqədar İstanbulun su anbarlarında su ehtiyatı bazar günü normanın 32,38%-nə qədər azalıb ki, bu da son doqquz ilin ən aşağı göstəricisidir.

Hava proqnozlarına görə, gələn həftə İstanbulda orta temperatur 30 dərəcəni keçəcək.

Bundan əvvəl şəhər rəhbərliyi yerli su anbarlarında iki aylıq suyun qaldığını bildirmişdi. İstanbulun 10 su anbarından 6-da su ehtiyatı normanın 20 faizindən aşağı düşüb.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir