İdman

Tərlan Əhmədov: “Bu gün oyunçulara demişdim ki, gözəl futbol istəmirəm”

Sharing is caring!

“Bu gün oyunçulara demişdim ki, gözəl futbol istəmirəm”.

“Report”un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, qələbə həmişə xoş olur:

“Bu gün yaxşı mübarizəli və dramatik futbol gördük. İlk dəfə idi ki, həddindən artıq çox həyəcan keçirdim. Əzmkar qələbəyə görə futbolçularıma təşəkkür edirəm”.

Baş məşqçi görüşdən sonra onu istefaya səsləyən azarkeşlər barədə danışıb:

“Bəzi məsələlər var ki, heç də xoş deyil. Buraya gələn gündən söz-söhbətlər olub. Onlara bir də qayıtmaq istəmirəm. Azarkeşlərin istefaya səsləməsinə gəlincə, “Səbail”ə 3:0 hesabı ilə qalib gələndə də məni istefaya çağıran insanlar var idi. Məni “Kəpəz”ə İlqar Nadiri dəvət edib. Bizim də danışığımız belə olub ki, komandanı Premyer Liqada saxlamaq lazımdır. Mənə deyilməyib ki, kimlərisə udmaq lazımdır. Aramızda belə söhbət olmayıb. Mənim mayadək sözləşməm var. Ondan sonra oturub müzakirə edəcəyik. Komanda çempionatda qalandan sonra kimi istəsələr, gətirərlər. Mən bundan da pis təzyiqlər görmüşəm. Oynadığım və baş məşqçi olduğum dövrlərdə çətinliklər yaşamışam. Bunun da qarşısını heç kim ala bilməz. Məni sevənlər də var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir