Dünya

Zelenski “F-16”lar üçün Niderlanda səfər edib

Sharing is caring!


Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda səfər edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə dövlət başçısı özünün sosial şəbəkə hesabından bildirib.

Onun sözlərinə görə, burada “F-16” qırıcılarının tədarükü məsələsini müzakirə etməyi planlaşdırır.

“Birinci xanım və komanda ilə birlikdə Niderlanda gəldik. Qarşıda bizi həmişə olduğu kimi, cənab Baş nazir Mark Rutte ilə substantiv danışıqlar gözləyir. Əsas məsələ Ukrayna üçün “F-16”dır”, – deyə prezident “Telegram” kanalında yazıb.

Zelenski bundan əlavə Qlobal Sülh Sammiti, eləcə də onun sülh formulunun gündəmdə olduğunu vurğulayıb.

Ukrayna prezidenti artıq Eyndhoven hərbi aviabazasında “F-16” təyyarələrinə baxıb. Ukrayna dövlət başçısının Niderlandın baş naziri ilə görüşündən sonra mətbuat konfransının bu bazada keçiriləcəyi gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir