Dünya

ABŞ-də erməni təxribatının qarşısını alarkən saxlanılan həmyerlimiz sərbəst buraxılıb – FOTO

Sharing is caring!


ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova Nyu-York Əyalətinin Cinayət Məhkəməsində hakim qarşısına çıxarıldıqdan sonra sərbəst buraxılıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, iki gün əvvəl Nyu-York şəhərində, BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz növbəti məhkəməyə qədər azadlığa buraxılıb. M.Cobanyan A.Zeynalovanı ona üçüncü dərəcəli xəsarət yetirməkdə ittiham edib.

ABŞ dövlətinin A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee Abbası həmyerlimizlə bağlı şikayət üzrə prosesin davam etdiriləcəyini deyib. O qeyd edib ki, növbəti məhkəmə tarixi sentyabr ayının sonlarına təyin olunub. Vəkil A.Zeynalovanın müdafiəsi üçün məhkəməyə qədər insidentə dair zəruri olan bütün dəlillərin və məlumatların toplanacağını bildirib.

Azərbaycanın ABŞ-dəki səfirliyindən “Report”a bildirilib ki, diplomatik nümayəndəlik baş verənləri yaxından izləyir, A.Zeynalovanın hüquqlarının müdafiəsi üçün bütün lazımi addımlar atılıb və bundan sonra da atılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir