Dünya

Türkiyə alternativ marşrut olmadan “Taxıl sazişi”ni bərpa etmək niyyətindədir

Sharing is caring!


Türkiyə hökuməti Rusiyanın geri çəkilməsindən sonra alternativ yollar olmadan “Taxıl sazişi”ni bərpa etmək niyyətindədir.

Bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, Ankaranın səyləri “Taxıl sazişi”nin bərpasına yönəlib və ondan kənar heç bir iş görülmür.

“Digər ölkələr alternativ marşrutlar üzərində işləyirlər. Biz də bu hadisələri yaxından izləyirik. Problem ondadır ki, ticarət gəmiləri münaqişə zamanı Türkiyə boğazlarına təhlükəsiz şəkildə daxil ola bilirlər. Türkiyə boğazlarına qədər olan digər boğazlardan gəmilərin keçməsində heç bir problem yoxdur”, – deyə mənbə bildirib.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir