Dünya

ISW: Kreml bir sıra ölkələri “Vaqner”lə əməkdaşlıqdan çəkindirməyə çalışır

Sharing is caring!


Rusiya Müdafiə Nazirliyi Moskvada keçirilən “Armiya-2023” forumundan bir sıra ölkələri “Vaqner” özəl hərbi şirkəti ilə əməkdaşlıqdan imtinaya məcbur etmək üçün istifadə edə bilər.

Həmçinin bu forumdan Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan özəl hərbi şirkətləri reklam etmək üçün də yararlana bilər.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) hesabatında bildirilib.

Bu yolla Rusiya hökuməti bəzi Afrika ölkələrini “Vaqner”lə mövcud əlaqələri davam etdirəcəkləri təqdirdə hərbi-texniki və maddi dəstəyi dayandıracağı ilə hədələyir.

Mənbələrin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi artıq Burkina-Faso hökumətinə belə bir ultimatum təqdim edib.

Bu iddialar, əsasən, “Vaqner” muzdluları ilə əlaqəli mənbələrdən daxil olur və Kremlin “Vaqner”i məhv etmək və ya strukturunu dəyişmək istəməsi ilə bağlı institutun əvvəlki qiymətləndirmələri ilə üst-üstə düşür.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir