Gündəm manset

Şəhid atasından Ali baş Komandana müraciət-“Oğluma haqqı olan şəhidlik adını vermirlər”

Sharing is caring!

13.09.2013-cü il tarixində Tovuz istiqamətində həyatını itirmiş çavuş-tağım komandiri Əsgərli Anarın atası Əsgərli Dağıstan azerses.az vasitəsi ilə Ali baş komandana müraciət edib. Müraciəti olduğu kimi oxuyucularımıza təqdim edirik

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Sürəti: Azərbaycan Respublikasının I Vitse prezidenti Mehriban xanım Əliyevaya
Sürəti: Müdafiə Naziri cənab Zakir Həsənova

Cənab prezident
13.09.2013 ci il Tovuz rayonunda döyüş zamanı qəhrəmanlıqla şəhid olan Çavuş-tağım komandiri Əsgərli Anar Dağıstan oğluna hələ də “Şəhid” adı verilməyib və Əsgərli ailəsi də Müdafiə Nazirliyinin göstərdiyi münasibətdən narazıdırlar.
Şəhidin Atası Dagıstan Əsgərli və Anası Tərlan Əsgərli müdafiə naziri Zakir Həsənova növbəti dəfə müraciət edib.
Onun sözlərinə görə, dəfələrlə görüş üçün müraciət etsək də, bu səadət bizə nəsib olmayıb: “Amma Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı xəbəri oxuduqdan sonra məcbur qalıb bu məktubu yazmalı oldum.
Biz şəhidlik acısını illərdir yaşayırıq, məşəqqətlər içərisində, didərginlik şəraitində yaşamış insanlarıq. Oglum güvən yerimiz və fəxrimiz idi.
Qeyd edək ki, Anar Əsgərli 13.09.2013-ci ildə Tovuz rayonun “N” saylı Hərbi hissənin səngərlərində şəhid olub:
Bunu təsdiqləyən sənədi təqdim edirik.
Biz ölüm kağızını və digər tələb olunan sənədləri vaxtında tərtib etmişik. Nazirliyin müvafiq İdarəsinin məsuliyyətsizliyi ucbatından hələ də sənədlər Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinə təqdim olunmayıb. Dəfələrlə bu barədə müraciətimiz olsa da, nəticəsiz qalıb.
Bizə təsir edən ödənilməyən müavinət deyil, nazirliyin şəhid ailəsinə olan biganəliyidir.
Şəhid atası Dağıstan Əsgərlinin ürək agrıdıcı sözləri.
-” Maraqlıdır, daha hansı şəraitdə şəhid olmaq lazımdır ki, sizin qəhrəmanlıq kriteriyalarınıza uyğun gəlsin?!
Sizin xidmətinizdə olan generallardan neçəsi onun keçdiyi yolu keçib? Hansı mühitdə və hansı xidmətlərinə görə general olublar?
Hörmətli Mehriban xanım bizi və digər şəhid ailələrini qəbul etdi, dəstəyini verdi, bizimlə bərabər göz yaşı tökdü. Amma nazirlikdən biganə münasibət gördük. Mən və ailəm inanırıq ki, cənab prezident ailəmizə qarşı edilən ədalətsizliyə son qoyacaq. Oğlum Azərbaycan torpaqlarını qoruyarkən Şəhid olub, Şəhidlik adı onun haqqıdır! ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir