Dünya

Ukraynada qətlə yetirilən azərbaycanlıların nəşləri Vətənə gətirilərək dəfn olunub

Sharing is caring!


Ukraynanın Xerson vilayətində Rusiya hərbçiləri tərəfindən qətlə yetirilən həmyerlilərimiz Orxan Mahir oğlu Əzizov və Ramiz Abuzər oğlu Qədirovun nəşləri Vətənə gətirilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, onların meyitləri bu gün səhər saat 5 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndinə gətirilib.

Kənd məscidində cənazə namazı qılındıqdan sonra onların nəşləri Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, qətl edilənlərin hər ikisi ailəli idi və azyaşlı övladları var.

Ailə üzvlərindən “Report”un yerli bürosuna bildiriblər ki, Ramiz və Orxan təqribən beş ay əvvəl Ukraynaya işləmək məqsədilə gediblərmiş.

Xatırladaq ki, avqustun 13-də gecə saatlarında Rusiya ordusuna məxsus tank azərbaycanlıların idarə etdiyi meyvə-tərəvəzlə dolu avtomobilin üzərindən keçib. Hadisə zamanı hər iki şəxs həlak olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir