Dünya

Rusiya səfirinə sui-qəsddə iştirak edən vacib şəxs saxlanılıb

Sharing is caring!


Rusiya Federasiyasının Türkiyə Respublikasındakı sabiq səfiri Andrey Karlovun həyatına sui-qəsddə iştirak edən vacib şəxs Türkiyədə ələ keçirilib.

Məlumata görə, İstanbul polisinin şəhərin Avropa hissəsində Beylikdüzü ərazisində keçirdiyi əməliyyat zamanı Karlova sui-qəsd işində iştirak edən vacib şəxsi saxlayıb. Şübhəli şəxsdən mobil telefon, iki SİM kart, SİM kartlar üçün cihaz və yaddaş kartı götürülüb.

Qeyd edək ki, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı sabiq səfiri Andrey Karlova qarşı sui-qəsd 2016-cı ilin 19 dekabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində baş verib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir