Dünya

Rusiyanın Primorsk diyarında fövqəladə vəziyyət rejimi elan edildi – FOTO

Sharing is caring!


Rusiyanın Primorsk diyarında rəhbərlik regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Bu barədə Primorsk diyarının qubernatoru Oleq Kojemyako özünün “Telegram” kanalında məlumat verib.

“Təbii fəlakətdən dəyən ziyanın miqyası elədir ki, bələdiyyə resursları bunun öhdəsindən gələ bilmir. Regional fövqəladə vəziyyət daşqından zərər çəkmiş əhaliyə dəstək tədbirlərini artıracaq”, – deyə Oleq Kojemyako bildirib.

Qeyd edək ki, avqustun 9-dan 11-dək Primoryenin cənubunda 188 mm-ə qədər yağıntı düşüb. Bu, çaylarda suyun səviyyəsinin qalxmasına və bir çox ərazilərdə daşqınlara səbəb olub. Diyarın hidrometeoroloji xidmətinin proqnozuna görə, daşqın dalğası cənubdan şimala doğru hərəkət edir.

Həmçinin, daha əvvəl verilən məlumata görə, sel nəticəsində yeddi çoxmənzilli və 729 fərdi yaşayış evi su altında qalıb, ümumilikdə 65 yaşayış məntəqəsi zərər çəkib. Bölgədə ikinci böyük şəhər olan Ussuriyskdə son 10 ilin ən böyük daşqınları qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir