Dünya

Rusiya Zaporojye vilayətinə desantçılar yerləşdirdi

Sharing is caring!


“Rusiyanın desant qoşunları, ehtimal ki, Xersondan Zaporojye bölgəsinə köçürülüb. Bu, Rusiyanın Ukraynanın cənubunda, Dnepr çayının sol sahilindəki müdafiəsini zəiflədə bilər”.

Bu məlumatı Britaniya Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Bildirilib ki, rusiyalılar, çox güman, Xerson vilayətindən Zaporojye vilayətinin Orexov istiqamətində hava-desant qoşunlarının bölmələrini yerləşdiriblər. Bu bölgəyə Rusiya Federasiyasının 58-ci ordusu cavabdehdir.

Kəşfiyyat qeyd edib ki, Rusiyanın 70-ci və 71-ci motoatıcı alayları da tükənib və böyük itkilər verib. Desantçıların köçürülməsi rusiyalılara imkan verəcək ki, alayların bərpa edilməsi üçün onları geri çəksin.

“Lakin bununla belə, ehtimal ki, yerdəyişmə Dnepr çayının şərq sahili boyunca Rusiyanın müdafiəsini zəiflədəcək. Bu bölgədə isə Ukrayna desant qüvvələrinin daha çox hücum ehtimalı var”, – deyə vurğulanıb.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir