Dünya

Moskvada Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabitinin avtomobili partladılıb – FOTO/VİDEO

Sharing is caring!




Moskvanın Korovinskoye şosesində dayanmış “Toyota Land Cruiser Prado” markalı avtomobilin sürücüsü maşını işə salarkən partlayış baş verib.

Sürücünün ayağından xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Partlayış nəticəsində yaxınlıqda dayanmış iki avtomobilə ziyan dəyib. Hazırda təhlükəsizlik qüvvələri avtomobilin hansı səbəbdən partladığını araşdırır.

Avtomobilə bomba qoyulması istisna olunmur. Moskvada partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabiti olmuş Vasili Prozorova məxsus olduğu üzə çıxıb.

Vasili Prozorov bir neçə il əvvəl Rusiyaya köçüb. Özünün dediyinə görə, 2014-cü ildən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.

Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

Mənbə: “Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir