Dünya

Polşada İkinci Dünya müharibəsinin bombaları tapıldı: Minlərlə insan təxliyə edildi – FOTO

Sharing is caring!


Polşanın Lyublin şəhərində İkinci Dünya müharibəsindən qalma partlamamış bombalar tapılıb. Hakimiyyət 14 min sakini təxliyə edib. Həmçinin onlardan qazı, suyu və işığı kəsmələri, eyni zamanda sənədlərini özləri ilə götürmələri istənilib.

Bombalar 1930-cu illərdə təyyarə zavodu və aerodromun yerləşdiyi ərazidə aşkarlanıb. 1939-cu ilin sentyabrında zavod almanlar tərəfindən bombalanıb.

Təxliyə başa çatdıqdan sonra bombaların zərərsizləşdirilməsi ilə məşğul olunacaq.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir