Dünya

Dembele “Liverpul”a keçmək istəyir

Sharing is caring!


“Barselona”nın futbolçusu Usman Dembele “Liverpul”a keçmək istəyir.

Fransalı vingerə Mersisayd klubu ilə yanaşı, PSJ, “Mançester Yunayted” və “Çelsi” də maraq göstərir. Ancaq o, böyük islahatlar aparmağı düşünən “Liverpul”un layihəsini daha cəlbedici hesab edir.

Dembelenin müqaviləsində təzminat məbləği 100 milyon avro müəyyənləşdirilsə də, yayda onu 50 milyon avroya transfer etmək mümkün olacaq.

25 yaşlı futbolçu bu mövsüm La Liqada 18 oyuna çıxıb, beş qol və beş məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Mənbə: “El Nacional”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir