Dünya

Niger əhalisi Parisə qarşı: “Rədd olsun Fransa!”

Sharing is caring!


Nigerin paytaxtı Niameydə hərbi üsyançılar tərəfindən yaradılan Vətənin Qurtuluşu Milli Şurasının minlərlə tərəfdarlarının dinc nümayişi keçirilib.

Məlumata görə, Fransanın Niameydəki hərbi bazasının qarşısına böyük izdiham toplaşıb.

Nigerin dövlət bayraqlarını dalğalandıran insanlar “Rədd olsun Fransa!” şüarları səsləndiriblər.

Bəzi küçə etirazçıları əllərində Parisin Niger və bölgədəki siyasətini pisləyən şüarlar yazılmış plakatlar tutublar.

Bundan əlavə, nümayişçilər hərbçilər tərəfindən devrilmiş prezident Məhəmməd Bazumun hakimiyyətini bərpa etmək üçün Nigerə hərbi müdaxilə etməyə hazır olduğunu bəyan edən Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) mənfi münasibəti açıq şəkildə bildiriblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir