Dünya

İngiltərə, İspaniya və Fransada yeni futbol mövsümü başlayır – AFİŞA

Sharing is caring!


Bu gün Avropanın üç böyük liqasında yeni mövsüm start götürəcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqası, İspaniya La Liqası və Fransa Liqa 1-də 2023/24 mövsümü başlayacaq.

La Liqada açılış oyunu “Almeriya” və “Rayo Valyekano” arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

İngiltərə Premyer Liqasında son çempion “Mançester Siti” meydana çıxacaq. “Şəhərlilər” elitaya yeni qayıtmış “Bernli”ni sınağa çəkəcəklər. Bu qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Eyni saatda Fransa Liqa 1-də də ilk oyun keçiriləcək. Mövsümün açılış matçında “Nitsa” və “Lill” üz-üzə gələcəklər.

11 avqust

İspaniya La Liqası

21:30. “Almeriya” – “Rayo Valyekano”

İngiltərə Premyer Liqası

23:00. “Mançester Siti” – “Bernli”

Fransa Liqa 1

23:00. “Nitsa” – “Lill”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir