Cəmiyyət

Nişanlısı xəyanət etdi, bir oğlu öldü, digəri əlil qaldı: Arif Quliyevin faciəvi həyatı – VİDEO

Sharing is caring!


Baku TV-də yayımlanan “Retro Baku” verilişinin növbəti buraxılışı Xalq artisti, aktyor Arif Quliyevə həsr olunub.

İnternat məktəbində böyüyən Arif Quliyev atılmasına baxmayaraq, valideynlərini qınamayıb. İllərlə onların həsrətini çəksə də, dünyaya gətirdikləri üçün onlara minnətdar olduğunu deyib.

Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir. Teatr kollektivi ona qız axtarmağa başlayır. Tanıdıqları qızın ailəsinə elçi gedirlər və kollektivin yığdığı pulla qıza nişan üzüyü də alırlar.

Bu ərəfədə Arif hərbi xidmətə yollanır, qayıdanda nişanlısının başqa birini sevdiyini eşidir və ayrılır. Daha sonra başqa bir qızı sevir, ona bağlanır. Qıza elçi gedib, anasına qızını istədiyini və fikrinin ciddi olduğunu deyir, o isə artistə qız verməyəcəyini bildirir. Lakin Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra qızını ona vermək istədiyini bildirsə də, bu dəfə Arif ona yox cavabı verir.

1977-ci ildə o, Gülzar adlı xanımla ilə qurur. Bu evlilikdən onların 2 oğlu, 1 qızı dünyaya gəlir.

Toy ərəfəsində bir qadın Arifə yaxınlaşaraq onun anası olduğunu deyir. Arif heç nəyi araşdırmadan, onu anası kimi qəbul edir, ünsiyyət qurur, hətta toyuna da dəvət edir.

Daha sonra isə 19 qadın özünü Arifin anası kimi təqdim edir. Arif onların heç birinin xətrinə dəymir, hamısını anası kimi qəbul edir.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir