Bakıda iki Hindistan vətəndaşı qəzada ölüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, onlar turist olublar.
Xeberal.az