Dünya

Polşa Belarusla sərhədə 10 min hərbçi yerləşdirəcək

Sharing is caring!


Polşanın hakimiyyət orqanları Belarusla sərhəddə ümumilikdə 10 min hərbçi yerləşdirməyə qərar verib.

Bunu ölkənin müdafiə naziri Mariuş Blaşak bildirib.

Nazirin sözlərinə görə, sərhədçilərə dörd min əsgər dəstək olacaq, daha altı min əsgər isə ehtiyatda qalacaq.

Bundan əvvəl Polşa sərhəd xidmətinin rəhbəri Tomaş Praqa Belarusla sərhədə min nəfərlik hərbçi göndərilməsi xahişi ilə Müdafiə Nazirliyinə müraciət etmişdi.

Blaşak onu da bildirib ki, müdafiə sahəsinin gücləndirilməsi davam edərsə, iki il ərzində Polşa Avropanın ən güclü quru ordusuna sahib olacaq.

“Xarici qoşunlara pul xərcləməkdənsə, Polşa ordusuna pul xərcləmək daha yaxşıdır”, – nazir əlavə edib.

Mənbə: meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir