Dünya

Sergiyev Posadda baş verən partlayışdan sonra 12 nəfərin taleyi naməlumdur

Sharing is caring!


Moskva vilayətinin Sergiyev Posad şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş verən partlayışdan sonra 12 nəfərin taleyi naməlum olaraq qalır.

Məlumata görə, partlayış 110-dan çox binaya ziyan vurub, onların əksəriyyəti yaşayış binalarıdır.

Qeyd edək ki, partlayış Sergiyev Posadda “Piro-Ross” şirkətinin pirotexnika anbarında dünən baş verib. Fövqəladə vəziyyət nəticəsində 52 nəfər həkimə müraciət edib, səkkiz nəfər xəstəxanadadır. Partlayış dalğası iki küçədə yaşayış binalarının və sosial müəssisələrin şüşələrini sındırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir