Dünya

Polşalı politoloqdan Ukraynaya ittiham: “Varşavada hökuməti devirmək istəyir”

Sharing is caring!


Polşalı politoloq, Lodz Universitetinin professoru Pşemıslav Juravski Ukrayna, ABŞ və Almaniyanı Varşavada hökuməti devirmək planlarında ittiham edib.

Pşemıslav Juravski bu barədə TVP portalında danışıb.

Ekspert xatırladıb ki, may ayından bəri Ukrayna ilə Polşa arasında bir sıra diplomatik insidentlər baş verib və bu da Varşavanı məyus edib. Onun sözlərinə görə, beynəlxalq kontekstdə bu situasiya “Qərb ölçüsü”nə malikdir.

Politoloq hesab edir ki, Almaniya Polşanın hakim Hüquq və Ədalət Partiyasını (PiS) “devirmək” istəyir. Belə ki, bu partiya gələcəkdə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa can atır. ABŞ hakimiyyəti də bu ölkə rəhbərliyini Vaşinqton, Berlin və Varşava ilə əməkdaşlığa maneə hesab edir.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir