Dünya

Pakistanda parlament buraxıldı, Şahbaz Şərif hökumətinin səlahiyyətlərinə xitam verildi

Sharing is caring!


Pakistan Prezidenti Arif Alvi Baş nazir Şahbaz Şərifin göndərdiyi Milli Assambleyanın (parlamentin aşağı palatası) vaxtından əvvəl buraxılması barədə bildirişi təsdiqləyib.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Prezident Arif Alvi konstitusiyanın 58-1-ci maddəsinə uyğun olaraq Baş nazirin məsləhəti ilə Milli Assambleyanı buraxıb”, – deyə məlumatda bildirilir.

Bununla da, Şahbaz Şərif hökumətinin səlahiyyətlərinə xitam verilib.

İstefa verən nazirlər kabinetini əvəz etmək üçün müvəqqəti hökumət yaradılacaq. Eyni zamanda, müvəqqəti baş nazirin namizədliyi hələ müəyyən edilməyib. Şahbaz Şərif Milli Assambleyadakı müxalifət lideri ilə birlikdə respublikaya müvəqqəti olaraq kimin rəhbərlik edəcəyinə qərar verməlidir.

Əgər onlar üç gün ərzində namizədlə bağlı razılığa gələ bilməsələr, o zaman bu vəzifənin həlli iqtidar və müxalifət nümayəndələrinin bərabər sayda təmsil olunduğu parlamentin xüsusi komitəsinə tapşırılacaq. Konsensusa gəlmək üçün parlament komitəsinə də üç gün vaxt veriləcək. Siyasətçilər bu məsələdə razılığa gələ bilməsələr, son seçimi Pakistan Seçki Komissiyası edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir