Cəmiyyət

Biləsuvarda avtomobilin qarşısına çıxan heyvan qəzaya səbəb oldu: Yaralılar var

Sharing is caring!


Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində baş verib.

Qəzada sürücü 1982-ci il təvəllüdlü Bayram Kərəm oğlu Mehrəliyev, sərnişinlər 1984-cü il təvəllüdlü Kəmaləddin Raqif oğlu Əsədov, 1988-ci il təvəllüdlü Teyyub Nəsulla oğlu Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, həyati təhlükələri yoxdur.

Qeyd edək ki, qəzaya səbəb maşının qarşısına qəfildən heyvanın çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir