Dünya

Türkiyə MTŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı çağırış etdi

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

Prezident iqamətgahında qapalı keçirilən görüş üç saata yaxın davam edib.

Görüşdə terrorla mübarizə, Rusiya-Ukrayna müharibəsi, İraqda baş verən hadisələr və bu kimi regional məsələlər müzakirə edilib.

Toplantının yekununda ənənəvi bəyanat qəbul edilib.

Sənəddə bildirilib ki, FETÖ ilə mübarizədə çərçivəsində bu xəyanətkar şəbəkənin heç bir şəraitdə mövcud olmasına icazə verilməyəcək.

Qeyd olunub ki, Qara dənizdə gərginliyin artmasının heç kimə xeyri olmayacaq.

“Bütün tərəflər danışıqlar masasına oturmalı və müharibəni gecikdirmədən bitirməlidirlər. Taxıl sazişinin bərpası ehtiyacı olan ölkələrdə mümkün mənfi təsirlərin qarşısını alacaq və ərzaq sabitliyinə töhfə verəcək”, – bəyanatda vurğulanıb.

Həmçinin, sənəddə Afrikada gedən son proseslər də qiymətləndirilib və bildirilib ki, qitənin problemlərinin ən uyğun həlli yollarını ancaq qitə sakinləri tapa bilərlər.

Bəyanatda habelə son aylarda intensivləşən Quranın yandırılması aksiyaları kəskin qınanıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir