İdman

Ronaldunun qolu “Ən-Nəsr”i Ərəb Çempionlar Kubokunun finalına çıxardı – VİDEO

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Ən-Nəsr” komandası Ərəb Çempionlar Kubokunun yarımfinalında İraqın “Əl-Şorta” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Görüş Səudiyyə Ərəbistanının Abha şəhərində keçirilib.

Yeganə qolu 75-ci dəqiqədə Kriştianu Ronaldu penaltidən vurub. Portuqaliyalı hücumçu 31-ci dəqiqədə qol vursa da, VAR-ın müdaxiləsindən sonra oyundankənar vəziyyət səbəbindən qol ləğv edilib.

Çərşənbə günü baş tutacaq digər yarımfinalda Səudiyyə Ərəbistanının iki klubu “Əl-Hilal” və “Əl-Şəbab” komandaları üz-üzə gələcəklər. Final qarşılaşması isə avqustun 12-də baş tutacaq.

Xatırladaq ki, Ərəb Çempionlar Kuboku 1981-ci ildən keçirilir. Turnirin hazırkı qalibi cari yarışın 1/4 finalında “Əl-Nəsr”ə məğlub olan (1:3) Mərakeşin “Raca” komandasıdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir