Dünya

ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq edib

Sharing is caring!


Birləşmiş Ştatlar Belarusun sanksiyalar siyahısına daha səkkiz fiziki və beş hüquqi şəxsi, o cümlədən “Belavia” şirkəti və Minsk Mülki Aviasiya Zavodunu daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, qara siyahıya, həmçinin Belarus Dövlət Nəzarət Komitəsinin Maliyyə Təhqiqatları Departamenti daxil edilib.

Bununla yanaşı, ABŞ daha 101 Belarus rəsmisinə və onlarla əlaqəli şəxslərə ölkəyə girişi qadağan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir