Ölkə

Vaksinasiyadan sonra toylara icazə veriləcək? – AÇIQLAMA

Sharing is caring!

Yanvar ayının 18-dən ölkədə koronavirus əleyhinə vaksinasiyaya start verilib.

XəbərAl.az xəbər verir ki, vaksinasiyanın başlanması ötən ilin mart ayından etibarən keçirilməsinə qadağa qoyulan toyları, kütləvi tədbirləri yenidən gündəmə gətirib.

Evlənmək planı quranlar, şadlıq saraylarında çalışanlar, sənətçilər və toylardan qazanan digər sahənin adamları qadağaların götürüləcəyi günü gözləyirlər. Bəzi iddialara görə, vaksinasiyanın müəyyən mərhələsindən sonra- may ayından etibarən toy-düyünlərə start veriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, toylara qoyulan qadağanın götürülməsi ilə bağlı rəsmi qərar yoxdur:

“Hazırda toylarla bağlı məsələnin gündəmdə olub-olmaması ilə bağlı məndə məlumat yoxdur. Toylara qoyulan qadağanın götürülməsi ilə bağlı rəsmi məlumat olan zaman bunu açıqlayacam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir