Dünya

“Beşiktaş”ın futbolçusu: “Evimizdə mərhələni adlamaq istəyirik”

Sharing is caring!


“Buradan gözəl nəticə ilə dönüb, evimizdə mərhələni adlamaq istəyirik.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Salih Uçan “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi “Neftçi Arena”da baş tutacaq qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

“Tirana”dan sonra “Neftçi” ilə qarşılaşacağıq. Hədəfimiz layiq olduğumuz qruplarda iştirak etməkdir. Addım-addım irəliləyəcəyik. Hər oyun bizim üçün çox çətin olur. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq”.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir