Dünya

Rusiya paytaxtına dronlarla hücum olub – VİDEO

Sharing is caring!


Rusiyanın paytaxtı Moskvaya dronlarla hücum olub.

Bu barədə məlumatı özünün “Telegram” kanalında Moskvanın meri Sergey Sobyanin paylaşıb.

“İki pilotsuz uçuş aparatı şəhər üzərində uçmağa cəhd göstərib. Hər iki dron hücumu Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hələ ki dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur”, – Moskvanın meri bildirib.

Eyni zamanda, Rusiyanın “Telegram” kanallarında Minsk şosesi tərəfdə Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən dron aparatının zərərsizləşdirildiyi anın görüntüləri yayımlanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir