Dünya

Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 19-a çatıb

Sharing is caring!


Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha bir qadının cəsədini aşkar ediblər.

Fövqəladə Hallar Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili bildirib ki, təbii fəlakət qurbanlarının ümumi sayı 19 nəfərə çatıb.

Qeyd edək ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 15 nəfər itkin düşmüş hesab olunur. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir