Dünya

Azarkeş öldürüldü, Mahir Emrelinin komandasının oyunu təxirə salındı – VİDEO

Sharing is caring!


Çempionlar Liqasının III təsnifat mərhələsinin AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçı təxirə salınıb.

Zaqreb klubunun rəsmi saytının yaydığı məlumata görə, buna iki komanda azarkeşləri arasında baş vermiş iğtişaş səbəb olub.

Hadisə matçın keçiriləcəyi Afinanın ətraf rayonlarından birində baş verib. Toqquşma zamanı ən az altı fanat xəsarət alıb. AEK-in 22 yaşlı azarkeşi bıçaqlanaraq öldürülüb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 12 yaşlı bir uşaq da bıçaqlanıb. Ümumilikdə 196 nəfər həbs edilib.

Hadisələrin yekununda UEFA qarşılaşmanın təxirə salınmasına qərar verib.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Mahir Emreli Zaqreb klubunun formasını geyinir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir