Dünya

Kaxovka SES-də partlayış nəticəsində ölən daha iki nəfərin cəsədi tapıldı: Ölənlərin sayı 57-yə çatdı

Sharing is caring!


Kaxovka Su Elektrik Stansiyasında (SES) partlayış nəticəsində yaranan daşqın zamanı ölənlərin sayı 57 nəfərə çatıb.

Bu barədə Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

“SES-in partlaması nəticəsində həyatını itirən daha iki nəfərin cəsədi tapılıb, bununla da ölənlərin sayı 57 nəfərə çatıb”, – deyə mənbədən bildirilib.

Son məlumatlara görə, 1,5 minə yaxın yaşayış evi hələ də su altındadır, 21,5 min evdən su çəkilib. Həmçinin 16 qəbiristanlıq və 160-dan çox sosial obyekt də su altında qalıb. Suların çəkildiyi ərazilərdə bərpa və dezinfeksiya işləri gedir, kommunikasiya xətləri bərpa edilir. 16,5 min nəfər müxtəlif infeksiyalara qarşı peyvənd olunub. Əmlak itkisinə görə kompensasiya olaraq yerli sakinlərə təxminən 170 milyon rubl ödənilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir